Menu

 “Ümidvaram ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq” - Ərdoğan

05.08.2016, 20:11

Recep_Tayyip_Erdogan_150412_albom_3“Ümid edirəm ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib.

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyən Ərdoğan Nazarbayevin Ankara-Moskva münasibətlərinin normallaşması işinə töhfə verdiyini qeyd edib: “Əlaqələrimizdə problemlər olanda, Nazarbayevin Putinlə danışıqları olub. O, münasibətlərimizin bərpası üçün səylər göstərib”.

Nazarbayev isə bildirib ki, Qazaxıstanla Türkiyənin Rusiya ilə münasibətlərə baxışları üst-üstə düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol