Menu

Rio-de-Janeyroda «Rusiya yığması azarkeşləri Evi» qarət olunub!

07.08.2016, 14:09
Rio-de-Janeyroda «Rusiya yığması azarkeşləri Evi» qarət olunub!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rio-de-Janeyroda «Rusiya yığma komandası azarkeşləri Evi» qarət olunub. Evin rəhbəri Oleq Rumyantsev «R-Sport»a xəbər verib ki, Olimpiya Oyunlarının açılış mərasimi zamanı texniki zonada 3 kompüter və 1 videokamera oğurlanıb.

Mühafizə əməkdaşları şübhəli heç nəyin qeydə alınmadığını bildirirlər. Bildirilir ki, Rio-de-Janeyroda «Rus evi» ayrıca əhatələnmiş ərazidə yerləşir və bircə girişə malikdir.

Verilən xəbərə görə, Olimpiadanın gedişi zamanı «Rus evi»ni 30 mindən artıq adamın ziyarət edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol