Menu

Putin Krıma müvəqqəti qubernator təyin etdi

14.04.2014, 22:03
Putin Krıma müvəqqəti qubernator təyin etdi

Rusiya prezidenti Vladimir Putin separatçı Krım bölgəsinin baş naziri Sergey Aksyonova Krımın qubernatoru səlahiyyətlərini icra eləməyi təklif edib və sonuncu razılaşıb. Musavat.com-un məlumatına görə, belə bir təklif Putin tərəfindən Aksyonovla görüş zamanı səslənib.

Separatçı baş nazir dərhal razılıq verib və Putinə minnətdarlıqla vəd edib ki, “etimadı doğruldacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol