Menu

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksək olub

08.08.2016, 11:55
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksək olub

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, Bakıda iqlim normasından yüksək temperatur qeydə alınıb.

G. Məmmədova qeyd edib ki, paytaxtda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.

Qeyd edək ki, isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol