Menu

Yerevan Şəhər Polis İdarəsinin rəisi işdən azad olunub

08.08.2016, 18:31
Yerevan Şəhər Polis İdarəsinin rəisi işdən azad olunub

Yerevan Şəhər Polis İdarəsinin rəisi, general-leytenant Aşot Karapetyan avqustun 8-dən etibarən tutduğu vəzifədən azad edilib.

"Report" "News.am"a istinadən xəbər verir ki, A.Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, xidməti araşdırma nəticəsində Ermənistan polisinin bir neçə əməkdaşı, o cümlədən A.Karapetyan intizam cəzasına məruz qalıb və o, şiddətli töhmət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol