Menu

“Ukrayna vətəndaş müharibəsinin astanasındadır” - Medvedev

15.04.2014, 11:39
“Ukrayna vətəndaş müharibəsinin astanasındadır” - Medvedev

Ukrayna vətəndaş müharibəsinin astanasındadır. APA-nın məlumatına görə, bunu öz “Facebook” səhifəsində Rusiya baş naziri Dmitri Medvedev yazıb.

“Bu çox kədərlidir. Ukraynadakı faciənin səbəbi ondadır ki, bölgələrdə administrativ binalar ələ keçirilməyə başlayanda, legitim hakimiyyət qayda-qanunu qorumağa cəhd göstərməyib. Qeyri-legitim hakimiyyət isə özü pozduğu qayda-qanunu bərpa etməyə çalışır. Kiyevdə hakimiyyətə gəlmiş insanların əsl niyyəti indi üzə çıxıb”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol