Menu

“Mənə 30-dan çox qadın təklif etdilər”- FETÖ-çu zabit

09.08.2016, 13:38
“Mənə 30-dan çox qadın təklif etdilər”- FETÖ-çu zabit

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah polkovniki Göyxan Əski FETÖ üzvlərinin ailə qurması məsələsi ilə bağlı ifadə verib.Axar.az xəbər verir ki, FETÖ-çu zabit 2010-cu ildə təşkilatdakı “qardaşlar”ının (abilər – red.) razılığı olmadan nişanlandığı üçün təzyiqlərə məruz qaldığını deyib.

Polkovnikin sözlərinə görə, onu sevdiyi xanımdan ayrılıb, FETÖ üzvü bir qadınla ailə qurmağa məcbur ediblər:“2010-cu ildə ilk həyat yoldaşımdan boşanıb, bir qadınla nişanlandım. Ancaq həmin xanım camaat üzvü olmadığı üçün təşkilatdakı “qardaşlar”ım bizi ayırmaq istədi. FETÖ nişanlımdan boşanıb evlənməyim üçün mənə 30-dan çox qadın təklif etdi. Müxtəlif vaxtlarda məni bir neçə qadınla görüşdürdülər, ancaq heç birini qəbul etmədim”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol