Menu

Türkiyənin müdafiə naziri Naxçıvana səfər edəcək - 2 dovlətin ordu rəhbərləri MR-ə toplaşıb

15.04.2014, 11:48
Türkiyənin müdafiə naziri Naxçıvana səfər edəcək - 2 dovlətin ordu rəhbərləri MR-ə toplaşıb

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

Bu barədə APA-ya Türkiyə Milli Müdafiə Nazirliyinin Kuala Lumpurda keçirilən DSA-2014 sərgisində təmsil olunan nümayəndə heyətindən məlumat verilib.

Türkiyə müdafiə nazirinin Naxçıvana səfəri may ayına planlaşdırılır. Səfərin məqsədi barədə məlumat verilməyib.

Yeri gəlmişkən qeyd edək ki, 2 gündür Naxçıvanda Türkiyə və Azərbaycan hərbiçilərinin birgə tədbiri keçirilir. Azpolitika.info-ya daxil olan məlumata görə, aprelin 13-də Azərbaycan Müdafiə Nazirliyinin 50-dən artıq yüksək rütbəli zabiti Naxçıvana gedib. 

4 türk dövlətinin "Turan Ordusu" yaratdığı, bu ordunun baş qərargahının Azərbaycana keçirildiyi haqda sensasiyalı məlumatların yayıldığı bir vaxtda Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri xüsusi maraq doğurur.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol