Menu

Azərbaycanlı çüdoçu Rio-2016-ya qələbə ilə başlayıb

10.08.2016, 18:30
Azərbaycanlı çüdoçu Rio-2016-ya qələbə ilə başlayıb

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi "Bakı 2015" I Avropa Oyunlarının qalibi və qitə çempionu, rusiyalı Kirill Denisov olub.

Görüşün əvvəllərində azərbaycanlı cüdoçu, sona doğru isə rusiyalı cüdoçu iki xəbərdarlıq alıb. Əsas vaxtda bərabərlik qeydə alındığından, "qızıl xal"adək əlavə vaxt təyin olunub. Bu zaman Denisovun passivliyi diqqətdən yayınmayıb. Sona doğru Mehdiyev rəqibini ipponla məğlubiyyətə uğradıb.

Onun 1/8 finaldakı rəqibi Tyaqo Kamilo (Braziliya) olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol