Menu

DOLLARA TƏLƏBAT REKORD HƏDDƏ ÇATDI - Tələb təklifdən 12 dəfə çox olub

11.08.2016, 12:15

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə - 600 mln. ABŞ dollarından çox olub.

manat devalvasiya azpolitika dollar aze devaluation azerbaijan

Bu barədə dairələrindən məlumat verilib.

ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsait 29 kommersiya bankına satılıb.

Tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir: "Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür". /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol