Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı istintaq çərçivəsində dünən TRT-də keçirilən əməliyyatda 42 nəfərin saxlanıldığı bildirlimişdi.
Bu əməliyyatdan sonra mediada TRT-nin tanınmış xəbər aparıcısı Tijen Karaşın da saxlanıldığı haqda məlumatlar yayılmışdı.
TRT-dən "AzPolitika"ya daxil olan məlumatda bildirilir ki, bu barədə xəbərlər həqiqəti əks etdirmir, xəbər aparıcısı Tijen Karaş qurumdakı işini davam etdirir.
Tijen Karaş az əvvəl Twitter hesabından paylaşım edib:

* * *
Ankara Dövlət Prokurorluğunda aparılan araşdırmalardan sonra Türkiyədə 15 iyul “FETÖ” terror təşkilatının törətdiyi cinayət işi ilə bağlı TRT televiziya kanalının 42 əməkdaşı tutulub.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılanlar arasında dövlət çevrilişi cəhdinə dair mətni efirdə səsləndirən TRT-nin tanınmış xəbər aparıcısı Tijen Karaş da var.


Şərhlər