Menu

Sumqayıtda partlayış olub - Xəsarət alan var

12.08.2016, 16:09
Sumqayıtda partlayış olub - Xəsarət alan var

Sumqayıt şəhərində vətəndaşa məxsus evin həyətində yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə ərazidə 5 kvadratmetr sahədə taxta tullantıları və "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hadisə zamanı avtomobilin sahibi yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol