Menu

​Dağıstanda iki polis əməkdaşı öldürülüb

12.08.2016, 16:48
​Dağıstanda iki polis əməkdaşı öldürülüb

Rusiyanın Dağıstan Muxtar Respublikasının İzberbaş şəhəri yaxınlığında odlu silahdan açılan atəş nəticəsində Yol Patrul Xidmətinin iki əməkdaşı öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Muxtar Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarına atəş açan naməlum şəxslər gizləniblər. Şəhərdə və onun ətraf ərazilərində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol