Menu

Azərbaycanın məşhur memarı vəfat etdi

12.08.2016, 18:53
Azərbaycanın məşhur memarı vəfat etdi

Bu gün memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

F.Məmmədov 06 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışıb. F.Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olub.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol