“Rio-2016” Yay Olimpiya Oyunlarında ilk dopinq aşkarlanıb.
Xarici KİV-lərin məlumatına görə, çinli üzgüçü Çen Xinyinin qan analizləri müsbət nəticə verib.
Çin Üzgüçülük Federasiyası məlumatı təsdiqləyib və məsələnin ciddi şəkildə araşdırılacağını bildirib.
Çen Xinyinin 18 yaşı var.
O, 100 metrlik məsafəyə yarışda bürünc medalı son anda əldən verib. /Azadlıq radiosu


Şərhlər