Menu

İŞİD Suriyada 2000 nəfəri girov götürüb

12.08.2016, 23:16
İŞİD Suriyada 2000 nəfəri girov götürüb

Terrorçular girovların avtomobillərini də ələ keçiriblər

İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın Manbic şəhərindən geri çəkilərkən 2000 sakini girov götürüb.

"Report"un məlumatına görə, bu barədə "AFP" agentliyi xəbər yayıb.

Məlumata görə, terrorçular girovlardan canlı sipər kimi istifadə ediblər. Habelə sakinlərin avtomobillərini də ələ keçiriblər.

Manbicdən 40 kilometr məsafədə, Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhərinə hərəkət edən avtomobil karvanında 500 maşın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol