Menu

Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb

13.08.2016, 18:15
Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb

Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti krallığın sərhəd sularında üzən İranın 4 balıqçı gəmisini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə RİA "Novosti" Tasnim agentliyinə istinadən xəbər verib.

Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə məlumat olmadığını bildirib.

O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və saxlanılıblar.

Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol