Menu

İsveçin ən gənc naziri istefa verib

14.08.2016, 11:45
İsveçin ən gənc naziri istefa verib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsveçin tarixində ən gənc nazir olan 29 yaşlı Aida Xadzialiç istefa verib.

BBC xəbər verir ki, Xadzialiç İsveçin gimnaziya işləri üzrə naziri postunu tutub və istefa verdiyi barədə dünən xüsusi hazırlanmış mətbuat konfransında bəyan edib.

Cümə axşamı gündüz saatlarında nazir bir bokal ağ, bir bokal da qırmızı şərab içib, axşam isə Kopenhagendən Malmeyə gedərkən, onu yolda yoxlamaq üçün saxlayıblar.

Aida Xadzialiç baş verənləri həyatında ən böyük səhv adlandırıb. «Mən, bir çoxlarını məyus etdim, özüm də əsəbləşirəm və dərin peşmançılıq keçirirəm» - deyə, sabiq nazir əlavə edib.

Burası Avropa -Köhnə Dünya...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol