Menu

Penitensiar Xidmət əməliyyat keçirdi - Gizlədilən avtomat aşkarlandı

15.08.2016, 10:25
Penitensiar Xidmət əməliyyat keçirdi - Gizlədilən avtomat aşkarlandı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları Bakıda əməliyyat keçirib. Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, avqustun 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri, Suraxanı rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd “AKS” tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Suraxanı rayon Polis idarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol