«AzPolitika.info»-nun xarici KİV-ə istinadla xəbərdiyi xəbərə görə, Cənubi Koreya hesab edir ki, Seul və Tokio gələcəyə hesablanmış münasibətlər qurmaq üçün səy göstərməlidir. Bu barədə Cənubi Koreyanın prezidenti Pak Kın He Koreyanın yapon işğalından azad edilməsinin 71 illiyinə həsr olunmuş təntənəli mərasimdə bəyan edib.
«Cənubi Koreyanın Yaponiya ilə münasibətlərinə gəlincə, biz, gələcəyə oriyentasiya olunmuş münasibətlər qurmağa və bu zaman tarixə düz baxmağa cəhd göstərməliyik» - deyə, «Kyodo» agentliyi prezidentdən sitat gətirir.
Xəbərdə qeyd olunur ki, prezident Tokionun ünvanına sərt sözlər işlətməkdən çəkinib. Bu da iki ölkə arasındakı münasibətlərin yaxşılaşmağa doğru getdiyinə bir işarə sayıla bilər.
Ötən həftənin cümə günü iki ölkənin xarici işlər naziri Tokionun, «Barış və sağalma» adlı Koreya Fonduna 1 milyard yen (9,8 milyon dollar) vəsait ayırdığını da təsdiqləyib.


Şərhlər