Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
"Report" "TGRTHaber"ə istinadən xəbər verir ki, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır.
Məlumata görə, hadisə nəticəsində 6-sı polis olmaqla 21 nəfər yaralanıb.
***
Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 20 yaralı var.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, PKK terrorçularının yük maşınındakı partlayıcı qurğunu kənardan işə saldıqları bildirilir.
Partlayışdan sonra Mərkəzin binası və yaxınlıqdakı iki yanacaqdoldurma məntəqəsində böyük dağıntı olub.


Şərhlər