Menu

Nardarandakı məşhur ziyarətgah fəaliyyətini dayandırdı

16.08.2016, 14:52
Nardarandakı məşhur ziyarətgah fəaliyyətini dayandırdı

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi “Həzrəti Rəhiməxanım Ziyarətgahı” icmasının təsisçilərinin 12 avqust tarixli iclasının qərarına əsasən Ədliyyə Nazirliyi Kollegiyasının bu icmanın fəaliyyətinə icazə verən 13 oktyabr 1993-cü il tarixli qərarı ləğv edilib. Bu barədə “Respublika” qəzeti Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bununla da Nardaran qəsəbəsindəki “Həzrəti Rəhiməxanım Ziyarətgahı" dini icması ləğv edilib. Bu ziyarətgah "Nardaran Piri" kimi məşhurdur.

Bununla yanaşı, dini icma özünü buraxması ilə bağlı hər hansı məlumat yaymayıb və Ədliyyə Nazirliyinin qərarına münasibət bildirməyib.

Nardaran Piri VIII əsrə aiddir. Bu pirdə imam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşir. O, Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarından biridir. Rəhiməxanım öz ailəsi ilə birgə Nardaran kəndinə pənah gətirərək burada yaşayib və burada dəfn olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol