Bu gün Mərkəzi Bankın keçirdiyi hərracda bankların tələbi 600 milyon dollar olub.

manat devalvasiya azpolitika dollar aze devaluation azerbaijan

Bu hərracda təkif edilmiş məbləğdən 12 dəfə çoxdur. Bu barədə “Marja”ya bank dairələrindən bildirilib.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 27 banka satılıb.

"AzPolitika" xatırladır ki, bundan əvvəlki hərraclarda da dollara tələbat yüksək olmuşdu. Valyuta bazarında gərginliyi azaltmaq üçün dollar təklifinin artırılacağı gözlənilsə də bu baş vermədi. Yaranmış vəziyyətə görə manatın qarşıdakı günlərdə də dəyər itirməsi gözlənilir.