Menu

İlham Əliyev Qabon Prezidentini təbrik edib

16.08.2016, 19:06
İlham Əliyev Qabon Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Qabon Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qabon xalqına sülh və tərəqqi arzulayıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol