Menu

Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

16.08.2016, 23:28

intihar-kendir-mainFaktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib.

Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, Ş.Məmmədli ailəlidir və onun həyat yoldaşı artıq 1 aydır ki, onu tərk edərək evdən gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol