Menu

Sankt-Peterburqda bina mühasirəyə alınıb - Xüsusi əməliyyat keçirilir

17.08.2016, 14:24
Sankt-Peterburqda bina mühasirəyə alınıb - Xüsusi əməliyyat keçirilir

Rusiya xüsusi təyinatlıları Sankt-Peterburq şəhərində Şimali Qafqazdan olan silahlı şəxslərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirirlər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, çoxmərtəbəli binaların birində gizlənən, Şimali Qafqaz regionunda qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinən və axtarışda olan şəxslərin saxlanması istiqamətində əməliyyat davam edir.

Silahlıların gizləndikləri bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol