Menu

DAHA İKİ BANK MÜFLİS ELAN EDİLDİ - Qərar

17.08.2016, 14:52

1376397813-banca bankAzərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin ləğvedicisi elan edilib.

Bu barədə Fonddan bildirilib.

Məlumata görə, bununla bağlı qərar 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ötən gün qəbul edilib.

Söhbət 2-1(81)-1594/2016 saylı Qərardaddan gedir. Bununla da hər iki bank rəsmən müflis elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol