Menu

"Daha 84 prokuror və hakim saxlanılmalıdır" - Türkiyə Baş Prokurorluğu

18.08.2016, 13:29
"Daha 84 prokuror və hakim saxlanılmalıdır" - Türkiyə Baş Prokurorluğu

Türkiyənin Baş Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 84 prokuror və hakimin saxlanılması barədə qərar verib. Trend bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Hazırda Türkiyənin 34 vilayətində həmin prokuror və hakimlərin saxlanılması məqsədilə polis tərəfindən əməliyyatlar keçirilir.

Daha öncə Türkiyənin Hakimlər və Prokurorlar Şurası Gülən hərəkatının üzvü olduğu üçün 648 hakim və prokuroru müvəqqəti olaraq vəzifəsindən azad etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol