Ötən gün Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamına edilən silahlı hücum Türkiyənin xəbər kanallarında yayımlanıb.
Gecə yarısı oteldən çıxan lüks avtomobil 10 metrə uzaqlıqda onları izləyən şəxslərin silahlı hücumuna məruz qalıb. Təcavüzkarlar susdurucu taxılmış silahla avtomobilə hər tərəfdən atəş açıb. Daha sonra cinayəti törədənlər silahları hadisə yerinə ataraq qaçıb.
Xəstəxanaya qaldırılan və çox ağır yaralanan sürücü Rövşən Lənkəranskinin həyatını xilas etmək mümkün olmayıb. Azərbaycanlı iş adamı Rövşən Əiyevin isə müalicəsi davam edir.
Mövzu ilə bağlı Türkiyə mediasının videosüjetini "A24.az”-a istinadən təqdim edirik:


Şərhlər