Menu

İspaniya tarixi rekordunu yeniləməyə hazırlaşır

18.08.2016, 19:37
İspaniya tarixi rekordunu yeniləməyə hazırlaşır

İspaniyanın dövlət borcu son 107 ildə ən yüksək göstəriciyə çatıb.

“Report”un “El Pais” nəşrinə istinadən verdiyi xəbərə görə, sonuncu dəfə belə göstərici 1909-cu ildə qeydə alınıb.

Məlumatda deyilir ki, rəsmi Madridin dövlət borcu bu ilin iyununda 18,55 mlrd. avro artaraq 1,11 trln. avroya çatıb. Bu da ÜDM-in 100,9%-i deməkdir.

Ümumiyyətlə, sonuncu dəfə 1909-cu ildə İspaniyanın dövlət borcu ÜDM-in 102%-nə çatıb.

Beynəlxalq Valyuta Fondu (IMF) isə İspaniya tarixində ən yüksək dövlət borcu göstəricinin 1880-ci ildə qeydə alındığını deyib. Həmin vaxt dövlət borcu ÜDM 160%-nə bərabər olub.

Xatırladaq ki, 2015-ci ildə İspaniyanın ÜDM-i 1,199 trln. dollara çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol