Menu

Sabunçuda yanan mazutlu sahə evləri də yandırıb

18.08.2016, 20:31
Sabunçuda yanan mazutlu sahə evləri də yandırıb

Sabunçu rayonunda yol kənarında mazutlu sahədə yanğın baş verib.

Bakı şəhəri, Sabunçu rayonunda yol kənarında 350 m² sahədə mazutlu sahə, vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 1 mərtəbəli 3 otaqlı evin 1 otağının mətbəxinin yanar konstruksiyaları 35 m², digər vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan 1 mərtəbəli 3 otaqlı evin dam örtüyü və tavanı 3 m² sahədə yanıb.

Yanğından evlərin qalan hissələri mühafizə olunub.

Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol