Menu

LƏNKƏRANSKİ DƏFN EDİLDİ - VİDEO

19.08.2016, 11:28
LƏNKƏRANSKİ DƏFN EDİLDİ - VİDEO

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranski (Canıyevin) doğulduğu Lənkəran şəhərində dəfn edilib.

APA-nın cənub bürosunun məlumatına görə, R. Lənkəranski Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində xeyli insan iştirak edib.

* * *

Türkiyədə baş vermiş silahlı hücumdan sonra dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) dəfn mərasimi başlayıb.

“Report”un Cənub bürosunun verdiyi məlumata görə, mərhumla vida mərasimində onun ailə üzvləri ilə yanaşı, qohumları, müxtəlif ölkələrdən olan dostları və yerli əhali iştirak edir.

Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.

Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar "Şəhidlər xiyabanı" küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Küçəyə yolboyu qərənfillər səpilib.

Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunacaq.

Qeyd edək ki, R. Lənkəranskinin cənazəsi gecə saatlarında xüsusi reyslə İstanbuldan Lənkərana gətirilib. R. Canıyev İstanbulda naməlum şəxsləri tərəfindən güllələnib. Xəsarətlə İstanbulun Florence Nightingale Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Canıyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="4" size="full" ids="244194,244195,244196,244197,244198,244199,244200"]

* * *

Rövşən Lənkəranskinin dəfn mərasiminə hazırlıqlar görülüb.

Musavat.com-un Lənkərana ezam olunan əməkdaşının verdiyi məlumata görə, səhər tezdən Lənkəran Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsinin işçiləri İmam Hüseyn məscidinə gələn yollarda təmizlik işləri aparıblar. Rövşən Lənkəranskinin cənazasinin olduğu məscidin qarşısında çadırlar qurulub. Məscidin önündə xeyli adam var.

Hər dəqiqə əraziyə yeni-yeni şəxslər gəlir. Əllərində gül dəstələri gətirənlər də gözə dəyir.

Məscidə uzanan yollarda çoxsaylı maşınlar dayanıb, maşınlarda yatan şəxslərin çoxluğu onu deməyə əsas verir ki, Lənkərana Azərbaycanın hər yerindən, o cümlədən müxtəlif ölkələrdən axın var.

Bu dəqiqələrdə (09:30) cənazə namazının qılınması üçün hazırlıqlar başlanıb. 

Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar.

Bu da təbiidir. Yerli sakinlər deyirlər ki,  dini ritualların belə izdihamlı keçməsi Lənkəranda adətən Aşura mərasimləri zamanı müşahidə olunur.

***

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) cənazəsi doğulduğu Lənkəran şəhərinə gətirilib.

APA-nın cənub bürosunun məlumatına görə, İstanbul-Lənkəran xüsusi reysi ilə gətirilmiş cənazə Kiçik Bazar məscidinə aparılır.

R.Caniyev bu gün səhər saatlarında Kiçik Bazar qəbiristanlığında dəfn ediləcək.

***

Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsini gətirən təyyarə artıq Lənkəran hava limanına enib.

Musavat.com xəbər verir ki, Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə gətirilən cənazə yaxın dəqiqələrdə ailəsinə təhvil veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol