Menu

LƏNKARANSKİNİN KİLLERİ HƏBS OLUNDU- Onu kim və niyə öldürdü?

19.08.2016, 12:14
LƏNKARANSKİNİN KİLLERİ HƏBS OLUNDU- Onu kim və niyə öldürdü?

Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin ölümü təsdiq olunandan bir neçə saat sonra Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Hacı Beyləqanski (Talıbxanlı) saxlanılıb. Qətlə yetirilən Rövşən Lənkəranskiyə yaxın dairələrdən virtualaz.org-a məlum olub ki, Hacı Beyləqanski Rövşən Lənkəranskinin İstanbulun Barbaros bulvarı yaxınlığındakı Beşiktaş otelində öz briqadasının üzvləri ilə keçirdiyi görüşdə iştirak edib. Bu görüşdən dərhal sonra Rövşən Lənkəranski naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub və öldürülüb.

Hacı Beyləqanski digər “qanuni oğru” Əlibala Əlisəftər oğlu Həmidovun (Qoca Bakınski) qətlində şübhəli bilinir. Mötəbər mənbələrin məlumatına görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakınskini məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Rövşən Lənkəranski də avqustun 18-də öldürülüb.

Məlumata görə, Qoca Bakınskinin qətlindən dərhal sonra “oğruların” bir qrupu Azərbaycanın ən məşhur avtoritetlərindən birinin qisasını alacaqlarına and içib və qisas üçün uyğun məqam axtarıb. Yəni, Rövşən Lənkəranski heç də təsadüfən avqustun 18-də öldürülməyib, bu bir növ açıq qisas alınmasının nişanəsidir.

Qeyd edək ki,  üç il əvvəl “Qoca Yasamallı” da İstanbulda məhz avqustun 18-də güllələnmişdi.  Qətllə bağlı bildirilirdi ki, guya “Qoca” yanında olana son nəfəsində “Rövşən” deyibmiş...

Lənkəranskinin qətli, ardınca isə Hacı Beyləqanskinin həbsi Rövşən ilə - hansı ki, bir müddət əvvəl digər məşhur kriminal avtoritet Ded Xasanın qətlində şübhəli bilinirdi, haqq-hesabı qurtarmaq üçün başqa bir mafiyanın bütöv kompleks planının olduğundan xəbər verir.

Onu da qeyd edək ki, Hacı Beyləqanski son illər Dubayda yaşayıb və onun hüdudlarını yalnız Rövşən Lənkəranskinin xüsusi tapşırıqlarını icra edərkən tərk edib.

Ancaq bu versiyalardan biridir. “Lənkəranski”nin qətlinin sifarişçiləri barədə dəqiq məlumat yoxdur. Musavat.com-un məlumatına görə , avtoritet uzun illərdir ki, bir sıra kriminal qruplaşmalarla konfliktdə idi. Bu sırada ilk yada  2013-cü ilin yanvar ayında qətlə yetirilən “Ded Xasan” ləqəbli Aslan Usoyanın klanı  düşür. “Ded Xasan” klanı qətli “Lənkəranski”nin sifarişi ilə törədildiyini iddia edirdi və hətta onun “başı”na 5 milyon dollar mükafat da vəd edilmişdi. “Ded Xasan”ın intiqamının alınacağı ilə bağlı söz-söhbətlər daha bir nüfuzlu kriminal Zaxari Kalaşov (“Şakro Molodoy”) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra yenidən dövriyyəyə buraxılmışdı.  Amma “Şakro” “Lənkəranski” ilə açıq savaşa girmədi.

Əksinə, kriminallar arasında əvvəlki nüfuz müharibələri də xeyli səngidi. Yalnız son aylar klanlar arasında Rusiyanın regionlarında yenidən nüfuz savaşının başladığı xəbərlər artmağa başlamışdı ki, bu sırada “Lənkəranski” nin adamlarının da adı hallanırdı. “Ded Xasan”ın qətlindən sonra klanın itirilmiş mövqelərini qaytarmağa çalışan “Şakro” ötən ay  gözlənilmədən həbs edildi. Bu dəfə də yenə diqqətlər “Lənkəranski” cəbhəsinə yönəldi. Açıq deyilməsə də, bu həbsdə “Lənkəranski”nin maraqlı ola biləcəyi barədə iddialar vardı.

Qeyd edək ki, “Lənkəranski”  azərbaycanlı avtoritetlərlə  də, o cümlədən  bir neçə ay əvvəl “qanuni oğru” adı alındığı üçün özünü Kiyevdə doğrayan  Dadaşbala İbrahimov (“Lotu Dadaş”),  2013-cü ildə İstanbulda  güllələnən Əlibala Həmidov (“Qoca Yasamallı”), 2014-cü ilin aprelində Odessada öldürülən “Vaxa” ləqəbli  Baxış Əliyevlə,  o cümlədən 18 ildir həbsdə olan Nadir Səlifovla da( “Lotu Quli”)   gərgin münasibətləri olduğu sirr deyil.

 

Əlbəttə ki, bu cür sifarişli qətllərin arxasında kimin və ya kimlərin dayandığı  heç vaxt rəsmi olaraq açıqlanmır, cinayət işi məhkəmədə çözülmür. “Lənkəranski”nin  çoxsaylı düşmənləri vardı və qətlin  konkret kimin sifarişi olduğunu yalnız məhdud bir çevrə bilir. İndi bu istiqamətdə də çoxsaylı versiyalar üzə çıxacaq. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol