Menu

AXCP-nin iki üzvü həbs olunub

19.08.2016, 11:20
AXCP-nin iki üzvü həbs olunub

Avqustun 18-də AXCP Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Suraxanı şöbəsinin fəalı Qədim Bəkirov saxlanılıblar. Onların nədə ittiham olunduqları məlum deyil.

Bu barədə Turan AXCP-yə istinadən məlumat yayıb. F.Əhmədlini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evinə baxış keçirilərkən bir sıra kitablar götürülüb.

Fuad Əhmədli barəsində 48 saat saxlanma qərarı çıxarılıb. Bu barədə onun atasına dövlət tərəfindən ayrılan vəkil məlumat verib.

Qədim Bəkirov isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla bağlı məsələyə bu gün Suraxanı Rayon Məhkəməsində baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol