Menu

Cəbrayıl Həsənov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB

19.08.2016, 19:52
Cəbrayıl Həsənov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib rusiyalı Ənvər Geduyev olub.

İlk hissədə Həsənov yüksək səviyyədə çıxış edərək, 4:0 hesablı üstünlük əldə edib. İkinci hissədə Geduyevin tətbiq etdiyi fəndi hakimlər 4 balla qiymətləndiriblər. Buna etiraz edən Azərbaycan tərəfinin iddiası qəbul olunmayıb və nəticədə təmsilçimiz 4:5 hesabı ilə geri düşüb. Qalan müddətdə rusiyalı güləşçinin qaşından qan açılması ilə əlaqədar görüşdə iki dəfə fasilə yaranıb. Amma Həsənov fərqi aradan qaldıra və finala yüksələ bilməyib

* * *

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun 1/8 finaldakı rəqibi kolumbiyalı Karlos Arturo İzkueyrdo Mendes olub.

O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0.

1/4 finalda Azərbaycan güləşçisinin rəqibi Yakob Makaraşvili (Gürcüstan) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol