Menu

Salyanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

19.08.2016, 23:11

Qezada-sinmish-padpres-180912Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Qaraçala kəndində baş verib. Salyan rayon sakini, 1968-ci il təvəllüdlü Sarxanov Aslan Sarapalı oğlu naməlum avtomobil tərəfindən vurulub.

Ağır kəllə-beyin travması alan piyada Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürücü hadisə yerindən yaralıya kömək etmədən qaçıb. Hazırda hadisəni törədən sürücünün axtarılması istiqamətində Salyan polisi tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol