Menu

DİN QHT rəhbərinin ölümü ilə bağlı məlumat yaydı

20.08.2016, 13:34
DİN QHT rəhbərinin ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) QHT sədrinin törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Avqustun 19-da saat 19.00 radələrində Beyləqan rayonunun Əlinəzərli kəndində Bakı şəhər sakini Nazir Quliyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, N. Quliyev Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol