Menu

Lənkəranda "Shacman" 23 yaşlı qadını vurub

20.08.2016, 23:15

Qezada-sinmish-padpres-180912Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistralının 203-cü km-də, yolun rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Shacman" markalı yük maşını yolu keçmək istəyən piyadanı, Lerik rayonunun Cəngəmiran kənd sakini, 23 yaşlı Nigar Elçin qızı Mehdiyevanı vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Maşının sürücüsü hadisə yerindən qaçıb. Zərərçəkmiş qadın isə ətrafdakıların müdaxiləsi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş N.Mehdiyevanın vəziyyəti ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol