O 1/16 finalda polşalı rəqibinə qalib gəlib
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/16 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 86 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi polşalı Radoslav Baran olub.
Birinci hissə Azərbaycan güləşçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Xetaq Qazyumov rəqibə fənd tətbiq edərək daha 2 xal qazanıb və ümumi hesabda 3:0 qalib gəlib.
1/8 finalda onun rəqibi Məhəmməd Əli Reza Yazdani (İran) - İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi olacaq.


Şərhlər