AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Afrika qitəsində - Cibutidə ilk xarici «gözətçi postu»nu yarartmaq fikrindədir. Ərazidə yanacaq və silah anbarı tikiləcək, hərbi birləşmələr yerləşdiriləcək. Xəbəri «Fox News» yayıb.
Tikintiyə, ABŞ-ın nəhəng hərbi bazasının 13 kilometrliyində - Cibuti sahillərində başlanıb. Bu «avanpost»un sahəsi 400 min kvadratmetr təşkil edəcək. Ərazidə donanma və aviasiyadan istifadə üçün xidmət permsonalı və güman ki, Çinin dəniz piyadaları yerləşəcək.
Belə xarici baza Çin üçün ilkdir. Hal-hazırda xarici ölkələrdəki hərbi bazalarının sayına görə, dünya lideri ABŞ-dır. Bu ölkənin 42 xarici ölkədə hərbi bazası var.

Şərhlər