Menu

Toğrul Əsgərov finalda məğlub olaraq gümüş medal qazandı - YENİLƏNDI

21.08.2016, 21:30
Toğrul Əsgərov finalda məğlub olaraq gümüş medal qazandı - YENİLƏNDI

Güləşçi finalda rusiyalı Soslan Ramonova məğlub olub

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionunun rəqibi rusiyalı sərbəst güləşçi Soslan Ramonov olub.

Toğrul elə ilk hissədə rəqibinə 0:11 hesabı ilə məğlub olaraq XXXI Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

***

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/2 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionu üçüncü görüşünü italiyalı Çamizo Markez Franka qarşı keçirib.

Toğrul rəqibini 7:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol