Menu

Tramp afroamerikalılara müraciət etdi: «Siz nə itirirərsiniz?»

22.08.2016, 12:15

trampAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkənin afroamerikalı seçicilərinə belə bir sualla müraciət edib: «Siz nə itirirərsiniz?»

Miçiqan ştatının ağdərili auditoriyası qarşısında çıxış edən nəmizəd bəyan edib ki, afroamerikalılar yoxsulluq içində yaşayırlar və onların məktəbləri heç nəyə yaramır. Tramp qaradərili seçicilərə «ötən 8 ildə demokratların verə bilmədiklərini» vəd edib.

Trampın sözlərinə görə, onun apponenti Hillar Klinton ilk növbədə qaçqınlar üçün iş yerləri yaradar, nəinki qaradərili amerikalı gənclər üçün. Namizəd qeyd edib ki, ABŞ-ın qaradərili vətəndaşları öz ölkələrində qaçqına çevriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol