Menu

Kürəkən qayınatasını bıçaqlayıb - Qazaxda

23.08.2016, 00:19

BicaqQazaxda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərində baş verib.

Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1989-cu il təvəllüdlü Elgün Maarif oğlu Kərəmvəliyev mübahisə zəminində qayınatası, Qazax şəhər sakini, 1972-ci il təvəllüdlü Cəmaləddin Xudiyevi bıçaqlayıb.

Yaralı dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol