"Maye Qaz Xidməti" ASC ləğv edilir.
“Marja” xəbər verir ki, bu barədə "Maye Qaz Xidməti" ASC-nin ləğvetmə komissiyası məlumat yayıb.
Məlumatda deyilir ki, "Maye Qaz Xidməti" ASC-nin (VÖEN 9900010081) ləğv edilməsi ilə əlaqədar cəmiyyətin Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş qiymətli kağız mülkiyyətçilərinin AZ1001018246 nömrə ilə dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2 manat olan ümumilikdə 15770,00 manat dəyərində 7 885 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.


Şərhlər