Menu

Göyçay rayonunda toyda kütləvi zəhərlənmə baş verib

23.08.2016, 18:41
Göyçay rayonunda toyda kütləvi zəhərlənmə baş verib

40-a yaxın insan rayonun Qaraməryəm kənd sahə xəstəxanasına və Mərkəzi Xəstəxanasına yerləşdirilib

Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, toyda 40-a yaxın vətəndaş zəhərlənib.

Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Ehtimallara görə, zəhərlənmənin toyda verilən şirələrdən qeydə alınıb.

Hazırda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol