Menu

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları - Qəbul edəcək

23.08.2016, 18:52

kemaleddin-heyderov-foto-esasFövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 avqust 2016-cı il tarixində Şəki şəhərində Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) 24 avqust 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol