Menu

Azərbaycanın ən titullu ağırlıqqaldıranından dopinq aşkarlandı

24.08.2016, 11:14
Azərbaycanın ən titullu ağırlıqqaldıranından dopinq aşkarlandı

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. "Report"un IWF-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev də var.

N.Paşayevdən 3 preparat - Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol