Menu

Türkiyə ordusu İŞİD-in 80-dən artıq istehkam və düşərgəsini məhv edib

24.08.2016, 12:00
Türkiyə ordusu İŞİD-in 80-dən artıq istehkam və düşərgəsini məhv edib

Türkiyə Silahlı Qüvvələrinin artilleriya və aviasiyası Suriyanın Keklice Cerablus rayonunda terrorçu İŞİD qruplaşmasının 80-dən artıq istehkam və düşərgəsini məhv edib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, "F-16" təyyarələri İŞİD-in əvvəlcədən müəyyən edilən 12 obyektinə zərbə endirib, artilleriya isə terrorçuların 70 istehkamını zərərsizləşdirib.

Bu arada Türkiyə ordusunun Cerablusun İŞİD-dən təmizlənməsi istiqamətində apardığı əməliyyatın kod adı məlum olub. Türk ordusu əməliyyatı "Fırat kalkanı" adı altında həyata keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol