Menu

Kabildə silahlılar universitetə hücum edib - 12 nəfər yaralanıb 

24.08.2016, 21:30
Kabildə silahlılar universitetə hücum edib - 12 nəfər yaralanıb 

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər Amerika universitetinə hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 12 nəfər yaralanıb.

Universitetin binasında onlarla tələbə və müəllimin qaldığı bildirilir.

Polis insidentin terror aktı olduğunu istisna etmir. Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol