Menu

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı - 250 nəfərə çatıb

25.08.2016, 21:21
İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı - 250 nəfərə çatıb

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 250 nəfərə, xəsarət alanların sayı isə 365 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri İmmakolata Postilone bildirib.

Qeyd edək, iyulun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol